Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.
Bu barədə BUTA.TV-a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
- Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
- Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video
- Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?