Ermənistanın müdafiə naziri Papikyan bildirib ki, təkcə Hindistan və Fransa ilə deyil, digər dövlətlərlə də silahların alınmasına dair müqavilələr var və yaxın vaxtlarda bu sursatlar ölkəyə gətiriləcək. Papikyan ordunun müasir silah və sursatla silahlandığı, Rusiya silahlarından digər ölkələrin silahlarına keçid olduğu barədə açıqlamalarla erməni cəmiyyətini çaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Çünki indiyədək Rusiyadan gətirilən silahlardan başqa, digər ölkələrdən alınan silah və sursatlar, yumşaq desək, Ermənistan ordusunda səmərəli işləmir, çünki alınan radar qurğuları mövcud sistemin standartlarının tələblərinə cavab vermir və Fransa bu qurğuların aşkar etdiyi hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş raketləri İrəvana satmır. Fransadan alınan maşınlara gəlincə, onların keyfiyyətinin aşağı olması bir neçə dəfə qeyd olunub, bunu Ukraynanın sözügedən avadanlıqdan imtina etməsi də sübut edir. Digər tərəfdən, Hindistan silahlarının çapı bizimkindən fərqlidir və bu gün ordumuz onlardan real həyatda istifadə etmək təcrübəsi və bacarığına malik deyil”, - məlumatda deyilir.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi