Prezident “ideoloji risk” dedi: təhlükə cənubdandır

20:44 - 15 Fevral 2024 - GÜNDƏM

 Prezident “ideoloji risk” dedi: təhlükə cənubdandır

Prezident İlham Əliyev 14 fevralda Milli Məclisdə andiçmə mərasimində çıxış edərkən Azərbaycan sərhədlərinin daha güclü qorunmasına dair də əhəmiyyətli cümlələr işlədib. “İkinci Qarabağ müharibəsindən sonra biz həm də o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq” deyən Prezidentin sonrakı cümləsi də maraqlıdır: “Sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorunmalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə”.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Prezident “ideoloji risklər” dedikdə İrandan gələn təhlükəni nəzərdə tutub:

“Sərhədlərimizin işğalı illərində İranın müvafiq qurumlarının Qarabağ separatçılarıyla sıx əlaqələri var idi. İşğal altındakı sərhəddən narkotik maddələrdən tutmuş silah-sursata qədər, “məhsullar” daşınırdı. Dağıdılmış şəhər və kəndlərimizin daş və taxtaları da İrana daşınaraq satılıb. İkinci Qarabağ müharibəsindən sonra buna son qoyuldu. İndi sərhədin həmin hissələrinin gücləndirilməsi prosesi gedir”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ekspert vurğulayıb ki, Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılmasına baxmayaraq, quru sərhədlərin hələ də bağlı qalması təhlükəsizlik amilləriylə bağlıdır?

“Ancaq orası da var ki, qonşularla quru sərhədlərin əbədiyyətə qədər bağlı saxlanılması da mümkün deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol