Ukrayna ordusunun 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Avdeyevkada tam mühasirədədir.
BUTA.TV xəbər verir ki, bunu briqada komandirinin müavini Rodion Kudryaşov deyib.
“Düşmənin üzərimizdə böyük üstünlüyü var. Bizimlə döyüşdə Avdeyevka şəhərinə hücumda flaqman olan Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri də iştirak edir. Şəhərin vəziyyətinə gəlincə, bəzi yerlərdə kritik, bəzi yerlərdə gərgindir. 3-cü əlahiddə hücum briqadasının yerləşdiyi mövqe mühasirədədir. Lakin müdafiə qüvvələrinin hücumla bu mühasirəni yarmaq imkanları var”, - Kudryaşov bildirib.
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?