Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü DYP əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
BDYPİ-dən BUTA.TV-a verilən məlumata görə, paytaxt ərazisində MAZ markalı 33 ZA 043 nömrə nişanlı yük avtomobilinin yol nəqliyyat hadisəsi törədərək daha sonra hadisə yerindən uzaqlaşması barədə 050-8000-902 Vatsap nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.
Baş DYP İdarəsi bir daha bütün sürücülərdən yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.
- Fransa ilə yeni dövrə start verildi - XİN
- Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə
- Peskovun babası Bakıda güllələnibmiş
- Bələdiyyələrə subvensiya və subsidiya azaldıldı
- Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi
- Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov
- Moskva “Tramp yolu”ndan narahatdır
- Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov