Narkoşəbəkənin Bakıdakı təbliğatçıları saxlanıldı

14:56 - 17 Fevral 2024 - GÜNDƏM

 Narkoşəbəkənin Bakıdakı təbliğatçıları saxlanıldı

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü A.H olduğu məlum olub.

Qeyd edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında Teleqram platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.

"DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir. Teleqram platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib", - deyə məlumatda vurğulanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol