Zelenski İrpinlə bağlı Azərbaycana təşəkkür etdi

18:16 - 17 Fevral 2024 - GÜNDƏM

 Zelenski İrpinlə bağlı Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İrpinin bərpası layihələrinin həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə potensial ortaq iqtisadi layihələr, eləcə də ticarət, iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə edilib. İrpinin bərpası ilə bağlı layihələrin həyata keçirilməsinə görə Prezident Əliyevə minnətdaram”, - o qeyd edib.

Ukrayna Prezidenti ölkələr arasında əlaqələrin yalnız möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol