Orban: Bu sazişi tezliklə ratifikasiya edəcəyik

20:58 - 17 Fevral 2024 - GÜNDƏM

 Orban: Bu sazişi tezliklə ratifikasiya edəcəyik

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

BUTA.TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - Orban bildirib.

Qeyd edək ki, Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol