Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov arvadı Mariannanı kimin zəhərlədiyini bildiyini deyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Fransanın “Liberation” nəşrinə müsahibəsində danışıb.
“Həyat yoldaşım özünü indi daha yaxşı hiss edir. Mən artıq bir çox sui-qəsd cəhdlərindən sağ çıxmışam və yəqin ki, hələ də sağ olacağam. Düşünürəm ki, yaxın gələcəkdə siz Rusiya ərazisində cavab tədbirləri görəcəksiz və bunu hamı başa düşəcək”, - o vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Ukrayna kəşfiyyatının rəhbərinin həyat yoldaşı Marianna Budanova ağır metallarla zəhərlənmişdi. Zəhərlənmədən sonra şöbədə əlavə təhlükəsizlik tədbirləri görülüb.
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?