Rusiyanın 36 şəhərində Navalnıya görə 401 nəfər saxlanıldı

01:38 - 18 Fevral 2024 - GÜNDƏM

 Rusiyanın 36 şəhərində Navalnıya görə 401 nəfər saxlanıldı

Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnının xatirəsinə keçirilən aksiyalarda 401 adam saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “OVD-İnfo” layihəsinin əməkdaşı Dmitri Anisimov deyib.

“Ən çox məhbus Sankt-Peterburqdadır: təqribən 130 nəfər. Dünən orada xüsusilə sərt həbslər aparılıb. Hüquqşünaslar uzun müddət bəzi polis idarələrinə buraxılmayıb. Bundan əlavə, Sankt-Peterburqda polis dəyənəklərdən və səs qumbaralarından istifadə edir, baxmayaraq ki, saxlanılanlar müqavimət göstərmirlər”, - Anisimov əlavə edib.

O qeyd edib ki, insanlar əsasən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham olunurlar.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Hazırda Rusiyanın 36 şəhərində həbslər məlumdur. Sankt-Peterburqla yanaşı, Moskva və Nijni Novqorodda da insanlar kütləvi şəkildə saxlanılıb.

Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol