İsrail Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri İsrail Katz Braziliya prezidentinin İsrailin Qəzzadakı faəliyyətini nasist lider Adolf Hitlerin əməlləri ilə müqayisəsinə görə, bu ölkənin səfərini çağıraraq onu kəskin qınayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir.
Netanyahu bildirib ki, sözügedən müqayisə qırmızı xəttin keçilməsidir.
O, Braziliya prezidentinin sözlərini “utanverici və qeyri-ciddi” adlandırıb
Netanyahunun sözlərinə görə, o və xarici işlər naziri Katz “şiddətli töhmət” verilməsi üçün dərhal Braziliya səfirini çağırmaq qərarına gəliblər.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi