Sosial şəbəkədə yayımlanan videodan görünür ki, qızlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Bakı şəhəri 156 saylı orta məktəbin qız şagirdlərinin qeyri-etik hərəkətləri barədə açıqlamasında deyib.
“Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs isə qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə və s. cinayətlərə görə məsuliyyət daşıyır. Hadisə ilə bağlı yayılmış videodan bəlli olur ki, xuliqanlıq hərəkətləri edən ən azı iki nəfərdir. Odur ki, təqsirləri sübuta yetiriləcəyi təqdirdə hər iki qız üç il müddətinə azadlıqdan məhrum edilə bilər”, - vəkil bildirib.
Hüquqşünas qeyd edib ki, bu hadisəni törədən şəxsin valideynləri cəmiyyət qarşısında mənəvi məsuliyyət daşıyır:
“Azərbaycan xalqının milli dəyərlərinə qarşı belə açıq hörmətsizlik mənəvi deqradasiyanın ən son həddidir. Məsələni təkcə hüquq kontektsində qiymətləndirmək düzgün olmazdı. Məsələ kompleks yanaşma tələb edir. Həmin şəxsin valideynləri zərərçəkmiş şəxsdən və Azərbaycan xalqından üzr istəməlidirlər”.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı