Elə bu gün İran tərəfi bəyan edib ki, Tehran Ermənistanla hərbi ittifaq imzalamağa və qoşunlarını Zəngəzurda yerləşdirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib.
O, İranın Zəngəzurun ermənilərdə qalmasında maraqlı olduğuna əminliyini bildirib:
“İran Qarabağın da ermənilərdə qalmasında maraqlı idi. İndi İran açıq mətnlə deyir ki, o, nəiniki silah-sursat, qoşun da verə bilər. Hamı başa düşür ki, Zəngəzurun süqutu İrana qarşı uzunmüddətli planların tərkib hissəsi olacaq”.
Onun sözlərinə görə, İran Ermənistana deyir ki, əldə olunan razılaşmalara ciddi əməl etmək lazımdır:
“Ehtimal etmək olar ki, İran tərəfdən təkliflər olub - İrəvan ya qəbul etməyib, ya da qəbul edib, amma həyata keçirməyib”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu