Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur:
"Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik ki, bu kimi hallar təəssüf ki bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur.
Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənirik. Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olun".
- İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi
- Milyonçunun pulunu mənimsəyən Səfər Əbiyevin kürəkəni olub?
- Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video
- Pezeşkianın Azərbaycan səfəri başa çatdı
- Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian
- Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video
- Pezeşkian Bibiheybət məscidini ziyarət etdi
- Şuşanın işğalı barədə videomateriallar göstərildi