Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.
BUTA.TV xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mersedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Fərəh Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
- Attestasiyadan kəsilən kitabxana işçiləri... – Nazir müavini
- “Gənclik”dəki avtobus dayanacağı yoxa çıxdı – Foto
- İranda daha iki etirazçı edam edildi, bir qadın güllələndi
- Türkiyədən gətirilmiş bu qida məhsulu məhv edildi - Foto
- Əliyevlə Putin telefonla danışdı
- Sabah 40 dərəcə isti olacaq
- Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...