Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır ki, sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Qurtuluş bunu deyərkən ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib: “Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı mexanizm yaratmaq”.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, gürcü nazirin bu sözləri maraqlıdır:
“Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstan Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün açsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayaran ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır”.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı