Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Suslov deyib.
O bildirib ki, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz:
“Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini birdəfəlik məhv etmək istəyindən xəbər verir”.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Paşinyanın Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olar:
“Başa düşmək lazımdır ki, indiyədək Zelenski Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə (hərbi əməliyyatdan bəri nəzərdə tutulur - red.) səfər etməyib. Heç birinə. O, nə Qazaxıstanda, nə Orta Asiya ölkələrində, nə Gürcüstanda, nə də Moldovada olub. Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı. Təbii ki, Zelenski faktiki olaraq təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq, amma onu tam aradan qaldırmayacaq. Ermənistan Azərbaycandan fərqli olaraq rəsmi olaraq Rusiyanın müttəfiqidir. Ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Aİİ-yə sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə İrəvanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qaytarmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevriləcək və bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyəcək”.
Qeyd edək ki, Ermənistan mətbuatında Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi iddia edilir.
- Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir
- Moskvada azərbaycanlı məşhur qanuni oğru saxlanıldı - VIDEO
- Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
- Moskva hədəfi Ağalarova çevirdi, proses başladı - Sifarişi kim verib?
- ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu
- Rusiya Baş Prokurorluğu: Bakı ilə müntəzəm təmasdayıq
- İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya
- Prezidentlər Xankəndidə tikiş fabrikində...