Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb. Həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.
Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.
- Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir
- "Bakcell" rouminqi ilə yay tətilində dünyanı kəşf et
- Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi
- Universitetlərə ixtisas seçimi başlayır - 7 gün davam edəcək
- Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü - Foto
- Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcək
- Qızını boğan ata həbsdə öldü
- Baş nazirdən daha bir qərar