Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, erməni mənbələr Azərbaycanın iki hərbçisinin Ermənistan sərhədinə keçdiyi, birinin saxlanıldığı, digərinin isə axtarıldığı haqda iddia yayıb.
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi
- Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı
- 2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
- Ağdamda yanğını bu şəxs törədibmiş – PUA görüntüsü
- Bakıda avtomobil neft quyusuna düşdü - Video