Fevralın 23-də İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbində I Qarabağ müharibəsi şəhidi Nağıyev Nərman Rüstəm oğlunun anım mərasimi ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhidimizin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər. Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılıb, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib.
Çıxış edənlər Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən söz açaraq bu zəfər ilə şəhidlərimizin qisasının alındığını qeyd ediblər. Şəhidlik zirvəsinə ucalan oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağı söylənilib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağı, onların qəlblərdə əbədi yaşayacağı dilə gətirilib. Məktəbin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidimizin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti olmuş şəhid Nağıyev Nərman Rüstəm oğlu 27 noyabr 1959-cu ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. 23 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itgin düşmüş, döyüşlər bitdikdən sonra qəhrəmanımıza şəhid statusu verilmişdir. Adını əbədiləşdirmək məqsədilə İmişli şəhər küçələrindən biri N.Nağıyev adlandırılmışdır.
Allah rəhmət eləsin!
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...