Hindistanın məşhur içkilərindən biri olan masala çayının 5 min illik tarixi var. Uzun illər dərman hesab edilən bu çay süd və bəzi ədviyyatlar qarışdırılaraq əldə edilir.
BUTA.TV Medicina.az-a istinadən masala çayının sağlamlığa təsirlərini təqdim edir:
Masala çayı əsrlər boyu Hindistanda və Cənub-Şərqi Asiyada istehlak edilib. Qədim dövrlərdə hər cür ot və ədviyyatla dəmlənən çay zamanla indiki formasını alıb.
Masala çayı tərkibindəki ədviyyatlar sayəsində immunitet sistemini gücləndirən xüsusiyyətlərə malikdir. Bədəndən zərərli toksinləri çıxarmaq üçün əla içkidir. Tərkibindəki antioksidantların bolluğu maddələr mübadiləsini sürətləndirir. Asanlıqla arıqlamaq istəyənlər üçün uyğundur. Masala çayının məlum təsirlərinə stress və gərginliyi azaltmaq da daxildir.
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
Tərkibi:
- 2 stəkan su;
- 2 stəkan camış südü;
- 2 xörək qaşığı qara çay;
- 5 ədəd mixək;
- 2 ədəd hil;
- 2 ədəd darçın çubuğu;
- 1 çay qaşığı zəncəfil;
- 1-2 ədəd badyan;
- 3-4 ədəd qara istiot dənəsi;
- Yarım çay qaşığı zirə.
Hazırlanması:
Əvvəlcə kiçik bir qazana 2 stəkan su töküb qaynadın. Qaynayan suya qara çayı və daha sonra ədviyyatları əlavə edin. Çay zəif odda 5-8 dəqiqə qaynadıqdan sonra südü əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra çay hazırdır. Çayı belə hazırlamaq əvəzinə apteklərdən hazır şəkildə də alıb istifadə edə bilərsiniz.
Zövqə uyğun olaraq çaya şəkər və ya bal əlavə etmək olar.
- Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq
- Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…
- Putini bir müsahibə ilə darmadağın etdi...
- Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto
- Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?