Ermənistan Azərbaycana yalvararaq Ruslan Pənahovu azad edəcək. Daha doğrusu, əsgərimizin azad olunması ilə bağlı qərar qəbul etməyə məcbur olacaq. Narahat olmağa dəyməz. Bəzi məsələlər var ki, hələlik açıqlaya bilmirəm, lakin deyə bilərəm ki, çox qısa bir müddətdə əsgərimiz azad olunacaq. O, heç bir təxribat, terror və ya hər hansı cinayət törətməyib. Onun həbs edilməsi absuddur.
Bu sözləri BUTA.TV-a əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən Ruslan Pənahovun İrəvanda həbs edilməsi ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Hərbi ekspert bildirib ki, bu, Ermənistanın növbəti saxtakarlıq və hiyləgərliyidir:
“Azərbaycan 2020-ci ildən bu günə qədər heç bir şərt irəli sürmədən yüzlərlə erməni hərbçini azad edib. Hansı ki, o hərbçilərin Azərbaycan ərazisində həqiqətən terror və digər cinayətlərdə iştirakı sübut olunmuşdu. Bu, Ermənistanın bizə “çox sağoludur” ki, əlverişsiz hava şəraitində yolunu azan əsgərimizi terrorçu elan edib, 5 uydurma maddə ilə cinayət işi açır.
Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, guya Ermənistan tərəfi Bakıda həbsdə olan sepratçıları – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan və Davit İşxanyanı dəyişmək üçün Ruslan Pənahovu həbs edib. Yox, belə deyil, Ermənistanda bu separatçıları çoxdan unudublar. Azərbaycanda xeyli sayda cəza çəkən erməni terrorçu var. Onların bir neçəsini azad etmək üçün Ruslan Pənahovu həbs edib. Lakin buna nail ola bilməyəcək. Ermənistan sonda Azərbaycan deyəni edəcək”.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video