İstəkli komandaya qarşı oynadıq. Bugünkü atmosfer möhtəşəm idi. Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" komandasına qarşı keçirəcəkləri ilk oyunda da bu heyətə güvənəcək:
"Bu matçdakı heyəti "Bayer"ə qarşı matçda da meydana çıxaracağam. Böyük dəyişiklik olmayacaq".
Mütəxəssis matçda dördüncü qolun müəllifi olan Leandro Andradenin çıxışına da toxunub:
"Andradenin çox yaxşı potensialı var. Sadəcə, daha çox üzərində işləməlidir. Mən bütün futbolçularıma güvənirəm".i
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video