Babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanalda boğuldu
Bədbəxt hadisə rayonun Qumlaq kəndində baş verib.
BUTA.TV xəbər verir ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2 yaşlı Ayxan Əzizov həyətyanı ərazidən keçən su kanalına düşərək boğulub.
Hadisədən xəbər tutan ailə üzvləri körpəni həkimə çatdırmaq istəsələr də, o, yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır