Azərbaycan və Ermənistan sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin icrası üçün ikitərəfli komissiyalar yaradacaq.

BUTA.TV xəbər verir ki, bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb.

Qeyd edilib ki, Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.

3 yaşınadək uşağı olan analara hər ay - 100 manat veriləcək 3 yaşınadək uşağı olan analara hər ay - 100 manat veriləcək