Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evi yanıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub.

“Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb”, - deyə əlavə edilib.