Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısı İbad Hüseynov Xankəndidə restoran açıb.

BUTA.TV xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Bildirib ki, restoranın açılışı mayın 1-də baş tutacaq. Şəhərin mərkəzi meydanında yerləşən obyekt “Qarabağ Qəhrəmanı” adlanır.

Qeyd edək ki, İbad Hüseynov Birinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.