Bir neçə gün öncə avtobusda sevdiyi xanıma evlilik təklif edən sürücünün toyu olub.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, toy bu gün Gəncə şəhərində baş tutub.

Həmin gənclərə toy maşını olaraq avtobus bəzədilib.

Görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.