Ağdaşda avtomobili ildırım vurub.

BUTA.TV xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib.

Nurlan Allahverdiyevin idarə etdiyi DAF markalı avtomobil ildırım vurması nəticəsində yanıb.

Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.