İlqar Əziz oğlu Hacıyev Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev müvafiq sərəncam imzalayıb.

İ.Hacıyev bu gün idarənin kollektivinə təqdim olunub.