Ukraynanın Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birgə Qara dənizdə uğurlu əməliyyat keçirib. Əməliyyat zamanı Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus dəniz pilotsuz katerini məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyaya məxsus hədəfi Ukrayna Baş Kəşfiyyat İdarəsinin bölmələri aşkarlayıb. Bundan sonra Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus, 12,7 mm-lik pulemyotla təchiz edilmiş “RWS Protector” avtomatik döyüş qülləsi ilə silahlandırılan “Sargan 3000” dəniz pilotsuz kateri atəş açaraq düşmən katerini məhv edib.

“Bu, tarixdə pilotsuz dəniz katerləri arasında ilk dəniz döyüşüdür”, - məlumatda qeyd olunub.

Həmin kadrları təqdim edirik: