Ukrayna müharibənin 1663-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 506 900 hərbçi, 12 344 ədəd tank, 25 330 ədəd zirehli döyüş maşını, 49 678 ədəd artilleriya sistemi, 2 120 (reaktiv yaylım atəş sistemi), 1 635 hava hücumundan müdafiə sistemi, 442 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 603 ədəd yerüstü robot-texnika kompleksi, 514 317 ədəd PUA, 148 259 ədəd avtomobil texnikası, 5 111 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 681 xüsusi avadanlıq itirib.