İndoneziyada gəmi qəzası: ölənlərin sayı artdı
10:44
İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib.
BUTA.TV xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Əməliyyat koordinatoru Putu Sudayananın sözlərinə görə, gəmi sonuncu dəfə Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.
Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.
Gəmidə 243 nəfər olub.
Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.
İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb.
Bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri Putu Sudayana bildirib.
Digər şəxslərin axtarışı davam edir.
İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.