Rusiyaya 1600 PUA ilə hücum: Moskvada NEZ vuruldu - Video
Video
Ukrayna bu gün Moskvaya qarşı ən böyük PUA hücumlarından birini həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rusiyaya 1600-dən çox, o cümlədən Moskvaya 450 PUA hücumu olub.
Hücum zamanı Moskva vilayətindəki "Kapotnya" neft emalı zavodu və yaşayış binaları vurulub.
Zərbələr nəticəsində Moskva vilayətində 2 nəfər həlak olub.
Qeyd edək ki, "Kapotnya" zavodu Moskva vilayətindəki ən böyük neft emalı müəssisəsidir.