Real TV-də yayımlanan “Mir Şahinin Vaxtı”nın bugünkü buraxılışında Zəfər Muzeyinin memarı və dizayneri Françesko Cordana ilə eksklüziv müsahibə yer alır.

“BUTA.TV” xəbər verir ki, memar kompleksin konsepsiyasını, 44 günlük Vətən müharibəsini simvolizə edən 44 elementli tağı, “Həyat ağacı”nı, şəhidlərin adlarının yerləşdirildiyi memorial hissəni, parkın landşaft həllini və layihənin texniki-memarlıq xüsusiyyətlərini izah edib.

“Bu layihə əlamətdar, xüsusi bir işdir. Lakin onun dəyəri təkcə şəhərsalma və memarlıq baxımdan deyil, tarixi və rəmzi xarakter daşıyır.

Biz şəhərin bir hissəsinin transformasiyasını təsəvvür etməli idik. Eyni zamanda, bir şəhər simvolu yaratmalı idik. Bununla yanaşı, bütün bir ölkənin tarixini və mədəniyyətini, eləcə də, cəmiyyətin ortaq hisslərini şərh edib əks etdirməli idik.

Bu muzeydə bütün forma və konturlar müəyyən bir ismarıcı ifadə edir. Həmin ismarıcı kəşf etməyi sizin ixtiyarınıza buraxıram”

Daha ətraflı videomaterialda:

Netanyahunun çıxışı zamanı zalı tərk etməyən AZƏRBAYCANLI DİPLOMAT kimdir? - DOSYE Netanyahunun çıxışı zamanı zalı tərk etməyən AZƏRBAYCANLI DİPLOMAT kimdir? - DOSYE