Cənubi Qafqazı qarışdırmağa çalışırlar - Medvedyev
Müəyyən dövlətlər hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışırlar.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.
“Onlar Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bu doğrudur. Biz bunu ehtiyatla izləyirik”, - deyə Medvedyev qeyd edib.
O bildirib ki, Qərb dünyası əvvəlcə Gürcüstana NATO üzvlüyü təklif edib və bundan yaxşı heç nə alınmayıb:
"Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə gətirib çıxarıb”.
Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, indi Ermənistanda vəziyyət dəyişir və ölkə rəhbərliyi respublikanın inkişaf vektorunu dəyişdirməyin düzgün olduğuna qərar verib.
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu