İran üçün güzəştə getmək vaxtıdır - Heqset
ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər.
BUTA.TV xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.
“İran Hörmüz boğazı ilə oyun oynamaq istəyirsə, boğaza onlar nəzarət etmir, biz nəzarət edirik. Onlar blokadadan heç nə keçirə bilməyiblər. Blokadamız sarsılmazdır və biz hər gecə, demək olar ki, müharibədən əvvəlki səviyyədə fəaliyyət göstəririk”, – deyə katib vurğulayıb.
Heqset qeyd edib ki, İran üçün güzəştə getmək vaxtıdır:
“Bu, onların geri çəkilmələri üçün uyğun məqamdır. Əks halda, məsələ çətin yolla həll oluna bilər. İstənilən halda, vəziyyətə uyğunlaşmağa hazırıq”.
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto