Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
Rusiya ordusu Ukraynaya qarşı növbəti kütləvi hücum hazırlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə "Strategic Aviation" monitorinq kanalı məlumat yayıb.
Bəzi məlumatlara görə, ruslar ballistik və hipersəs raketlərdən istifadə edərək aşağıda adları qeyd olunan Rusiya ərazilərində hücuma hazırlıq görürlər:
- Bryansk bölgəsində 10 ballistik raket;
- Kursk bölgəsində 12 ballistik raket və 5 hipersəs raket;
- Voronej və Rostov bölgələrində 8 ballistik raket;
- Krım ərazisində 5 ballistik raket.
Monitorinq kanalı həmçinin iddia edir ki, Orel, Kursk və Qvardeysk sərhədləri daxilində təxminən 100 reaktiv mühərrikli PUA hazırlanıb.
Hücumun nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilməyib.
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu