Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.

“BUTA.TV” xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru təyin olunub.

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. 

Xatırladaq ki, daha əvvəl Mirələm Cəlalov bu vəzifədə çalışıb. O, bu ilin aprelində işdən azad olunub.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto