Paşinyan Azərbaycan mahnısını paylaşdı - TRIPP-lə bağlı mesaj verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın məşhur “Ay gəlinə bax, gəlinə” mahnısının erməni dilində ifa edilmiş versiyasını sosial şəbəkə hesabında paylaşıb.
“BUTA.TV” xəbər verir ki, Paşinyan paylaşımında Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP layihəsinin təməlinin qoyulmasına hazırlıq görüldüyünü bildirib.
“Yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP-in təməlinin qoyulmasına hazırlaşırıq”, – deyə Ermənistanın Baş naziri qeyd edib.
Xatırladaq ki, bundan ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlə çıxış edərək Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start verildiyini açıqlamışdılar.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?