Fransa Prezidenti Emmanuel Makron 17 oktyabrda ölkəni bürüyən iğtişaşları son dərəcə ciddi hadisə adlandırıb.

BUTA.TV xəbər verir ki, dövlət başçısı bu barədə Yelisey Sarayından xalqa müraciətində deyib.

"Sizə son dərəcə kritik bir anda müraciət edirəm. Fransa radikal solçu qruplar tərəfindən cilovlanmayan zorakılığa məruz qalıb”, - deyə o bildirib.

Makron hökumətdən hadisələrdən dərs çıxarmağı və belə bir halın təkrarlanmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi tələb edib:

"Mövcud şəraitdə prefektlər merlərlə birlikdə şəhərləri, ictimai binaları və ticarət müəssisələrini qorumaq, o cümlədən zəruri hallarda fərdi ictimai tədbirləri qadağan etmək və digər zəruri tədbirləri görmək üçün qərarlar qəbul edəcəklər".

Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı ötən gün 1200-dən çox etirazçı saxlanılıb.

Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia