Dneprdəki yaşayış binalarına raket zərbəsi endirənlər cəzalanmalıdır.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, dağıntılar bütün gecə təmizlənəcək:

“Biz hər bir insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz bu terrorda iştirak edənlərin hamısını tapacağıq. Hər kəs cavab verəcək. Maksimum”, – Zelenski yazıb.

Qeyd edək ki, son məlumata görə, 14 yanvarda Dneprə endirilən raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 60 nəfər yaralanıb.