Pentaqon rəhbəri Reznikovla görüşdü
Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna müdafiə naziri Aleksey Reznikovla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ostin Tvitter hesabında yazıb.
“Biz Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Sizin arxanızda 50-ə yaxın xalqdan ibarət kollektiv var”, - Pentaqon rəhbəri bildirib.
Qeyd edək ki, nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.