Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin son görüntüsünü paylaşaraq onun tədricən öldürüldüyünü qeyd edib.

BUTA.TV xəbər verir ki, V.Zelenski bu barədə Tvitter səhifəsində paylaşım edib.

“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili... Yavaş-yavaş öldürülür. XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, - deyə Zelenski bildirib.