Meteohəssas insanların nəzərinə: Sabahın havası...
Fevralın 13-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, Abşeron yarımadasında mülayim gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.