Nazirdən Rusiyaya: Dərhal qoşunlarını çıxart!
Rusiya dərhal qoşunlarını Dnestryanıdan çıxarmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Moldovanın xarici işlər naziri Niku Popesku deyib.
“Rusiya hərbçilərinin, habelə silah-sursatlarının Kolbasne anbarlarından qeyd-şərtsiz və şəffaf şəkildə Moldova Respublikası ərazisindən çıxarılmasının zəruriliyini bir daha təsdiqləyirik”, - deyə o bildirib.