Budapeşt Baş nazir Viktor Orbanın Kiyevə səfərinə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Hazırda biz səfərin texniki hazırlığı mərhələsindəyik", - o bildirib.

Siyarto xatırladıb ki, fevral ayında Orban Brüsseldə AB sammitində iştirak edərkən Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb:

“Biz hər zaman (Ukrayna ilə - red.) dialoqa hazırıq. Ümid edirik ki, dialoq mənalı olacaq”.