Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Sergey Aleynik məlumat verib.

O bildirib ki, Tasmaqambetov İrəvana sammitin yekunlarına görə səfər edəcək:

“Minskdə razılıq komissiyası çərçivəsində yekunlaşdırılan bütün qərarlar erməni həmkarımıza təhvil veriləcək. Biz onların da bu qərarlara qoşulacağına inanırıq”.