İsrail ordusu Qəzzada aşkar edilən tunelləri və şaxtaları məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verib.

“Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl İsrail ordusu “Əş-Şəfa” xəstəxanası ərazisində aşkar edilən tunelləri və şaxtaları məhv edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:00-dan Qəzzada dördgünlük atəşkəs qüvvəyə minib.