Atəşkəs razılaşması çərçivəsində 39 fələstinli İsrail girovluğundan azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.

“Razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini də təsdiqləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, HƏMAS Tailand və İsrail vətəndaşları olmaqla, 25 nəfəri girovluqdan azad edib.